Elçin Abdullayev: Dünyada gedən proseslər ordunun müdafiə qabiliyyətinin artırılmasını labüd edir
02.07.2026 [13:00]
Xəbərin mətni
Beynəlxalq missiyalarda Azərbaycan ordusunun nümayəndələrinin iştirakı, tərəfdaş dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir. Bu əməliyyatlarda iştirak yalnız Azərbaycanın beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi demək deyil, eyni zamanda, Azərbaycan Ordusunun nüfuzunun artması, yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir. Bunu Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Elçin Abdullayev iyulun 2-də “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.