Deputat: Sülhməramlı missiyalarda iştirak beynəlxalq əməkdaşlığın genişlənməsinə kömək edir
02.07.2026 [15:38]
Xəbərin mətni
Son onilliklər ərzində sülhməramlı fəaliyyəti beynəlxalq münasibətlərin ən mühüm istiqamətlərindən birinə çevrilib, münaqişələrin idarə olunması və postmünaqişə dövründə sabitliyin təmin edilməsində xüsusi əhəmiyyət daşıyıb. Bu sözləri Milli Məclisin deputatı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Gülşən Paşayeva “Azərbaycan Ordusunun sülhməramlı əməliyyatlarına dair hesabat”ın təqdimatı zamanı deyib.