İordaniyaya müntəzəm reyslərin sayının artırılması müzakirə olunub
08.07.2026 [13:53]
Xəbərin mətni
Ölkələrimiz arasında turizm sektorunun inkişaf etdirilməsi önəmlidir. May ayının sonundan İordaniyaya müntəzəm reyslər başlanılıb. Bu reyslərin sayının artırılmasını da müzakirə etdik. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında söyləyib.