Naxçıvan dağlarında həyat yenidən canlanıb - Yaylaqlarda zəhmət və bərəkət mövsümü başlayıb
24.07.2026 [19:34]
Xəbərin mətni
Yayın gəlişi ilə Naxçıvanın dağlarında həyat yenidən canlanır. Minilliklərdən gələn yaylaq ənənəsi bu gün də davam edir. Səhər hava işıqlaşan kimi, obaların ocaqlarından tüstü qalxır, sürülər yaşıl örüşlərə üz tutur, çobanların səsi dağlara yayılır.