Faiq Ağayev: “Dream Fest” xarici qonaqlara Azərbaycanı daha yaxından tanımağa imkan yaradır
24.07.2026 [22:08]
Xəbərin mətni
Beynəlxalq “Dream Fest” musiqi festivalı müxtəlif ölkələrdən olan sənətçiləri eyni səhnədə bir araya gətirir, minlərlə xarici qonaq üçün isə Azərbaycanı, onun mədəniyyətini və zəngin musiqi ənənələrini daha yaxından kəşf etmək imkanı yaradır AZƏRTAC xəbər verir ki, bu fikirləri Xalq artisti Faiq Ağayev “Sea Breeze”də keçirilən beynəlxalq “Dream Fest” musiqi festivalının qırmızı xalçasında jurnalistlərə açıqlaması zamanı deyib.