Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağın tarixi kəndi Pirəhmədli Böyük Qayıdışın yeni ünvanına çevrilir, kənd yenidən qurulur

29.07.2026 [17:38]

Xəbərin mətni

İşğaldan azad olunan Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı çərçivəsində rayonun şəhərlə yanaşı, kəndləri də yenidən qurulur, müasir infrastruktur yaradılır. Hazırda bu işlər Füzuli rayonunun zəngin tarixə malik Pirəhmədli kəndində də uğurla davam etdirilir.