Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məsim Məmmədov: Yay Düşərgəsinin iştirakçılarının Azərbaycan həqiqətlərinin təbliğinə töhfə verəcəklərinə inanırıq

02.08.2026 [15:50]

Xəbərin mətni

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri ilə Azərbaycan dünyaya yeni şəhərsalma modeli təqdim edir. Belə miqyasda dağıdılmış ərazilərin yenidən qurulması, müasir standartlara uyğun şəhər və kəndlərin salınması dünya təcrübəsində nadir nümunələrdəndir. Bu sözləri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov Zəngilanda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılışı zamanı çıxışında söyləyib.