Naxçıvanda bu ilin birinci yarımilində baş verən hadisələrlə bağlı hesabat açıqlanıb
06.08.2026 [14:27]
Xəbərin mətni
Bu ilin birinci yarımilində həyata keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək vədi ilə, habelə müxtəlif bankların adından istifadə olunmaqla kredit veriləcəyi bəhanəsi altında dələduzluq əməlləri törədərək pul vəsaitlərini mənimsəyən, eləcə də sosial şəbəkələr vasitəsilə qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilini həyata keçirən ümumilikdə 20 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.