Tarixi Vaşinqton görüşü nələri dəyişdi?
08.08.2026 [13:58]
Xəbərin mətni
Tarix 8 avqust 2025-ci il. Vaşinqton tarixi görüşə ev sahibliyi edir. 30 illik münaqişədən sonra bu görüş sülh yolunda mühüm mərhələ idi. Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə sülh sazişi paraflandı, eyni zamanda Azərbaycan -ABŞ münasibətlərində yeni strateji dövr başladı. Prezident İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşlərdə regional sülh, təhlükəsizlik və əməkdaşlığın inkişafına dair mühüm razılaşmalar əldə edildi.