Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kəlbəcərdə bal süzümü yekunlaşmaq üzrədir – arıçılar məhsuldarlıqdan razıdırlar

11.08.2026 [14:24]

Xəbərin mətni

Kəlbəcər Azərbaycanın arıçılıq sahəsində qədim ənənələri yaşadan bölgələrindəndir. Rayonun əlverişli iqlimi, zəngin bitki örtüyü və geniş yaylaq əraziləri burada arıçılığın inkişafı üçün əlverişli şərait yaradır. İşğaldan azad olunmuş Kəlbəcərdə digər sahələrlə yanaşı, qədimdən gələn arıçılıq da yenidən canlanır. Arıçılar doğma yaylaqlara qayıdaraq Kəlbəcər balının şöhrətini bərpa edirlər.