Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamda Mərkəzi park inşa olunur: Tarixi-mədəni elementlər müasir infrastrukturu tamamlayacaq

11.08.2026 [15:00]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun yenidən qurulması, yaşayış binalarının və sosial obyektlərin tikintisi ilə yanaşı, ekoloji tarazlığın bərpası, yeni yaşıllıq sahələrinin və parkların salınması istiqamətində də işlər həyata keçirilir. Ağdam şəhərində inşa olunan Mərkəzi park belə layihələrdən biridir. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva AZƏRTAC-a bildirib ki, Ağdam şəhərində inşa olunan Mərkəzi park müasir şəhərsalma prinsiplərinə uyğun formalaşdırılan yaşıllıq və ictimai istirahət məkanlarından biridir.