Baş mühəndis: Bakı metropolitenində xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına start verilib
13.08.2026 [12:15]
Xəbərin mətni
Bakı metropolitenində hazırda xüsusi əhəmiyyət kəsb edən layihənin icrasına start verilib. Bundan sonra Yaşıl və Qırmızı xətlərin ayrılması prosesi icra ediləcək. QSC-də Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin ən mürəkkəb hissələrindən biri birləşdirici tunelin inşasıdır. Bu barədə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Namiq Yusubov jurnalistlərə açıqlaması zamanı bildirib.