Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər
13.08.2026 [12:16]
Xəbərin mətni
Azərbaycanın strateji əhəmiyyəti getdikcə onun ənənəvi enerji istehsalçısı rolundan kənara çıxır. Ölkənin coğrafi mövqeyi, infrastrukturu və genişlənən tərəfdaşlıq şəbəkəsi ona dəyişən Avrasiya mənzərəsində daha mühüm mövqe qazandırır. Burada sadə, lakin aktual geosiyasi prinsip öz əhəmiyyətini qoruyur: “Coğrafiya strateji imkanları formalaşdırır”. Azərbaycanın Xəzər dənizi, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yerləşməsi onu regional bağlantıların mühüm kəsişmə nöqtəsinə çevirir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında pakistanlı beynəlxalq münasibətlər üzrə analitik, ekspert Saeed Sahibzadə səsləndirib.