Berlin divarının inşasından 65 il ötür: Almaniya tarixinin acı dərsləri və dinc sülh nümunəsi REPORTAJ
13.08.2026 [20:06]
Bu gün Berlin daha bir tarixi və hüznlü günü – 65 il əvvəl şəhəri və Almaniyanı iki yerə bölən Berlin divarının tikintisinə başlanmasını yad edir. 1961-ci il avqustun 13-də keçmiş Almaniya Demokratik Respublikasının (ADR) rəhbərliyi əhalinin Qərbə kütləvi axınının qarşısını almaq məqsədilə Berlinin şərq və qərb hissələri arasında sərhəd qurğularının inşasına başladı. Hündürlüyü 4 metrə, şəhər mərkəzindən keçən hissəsi 43 kilometrə, ümumi uzunluğu isə 155 kilometrə çatan bu divar şəhəri, ailələri və bütövlükdə alman xalqını iki yerə böldü. Sonrakı illərdə bu sistem daha da möhkəmləndirilərək tikanlı məftillər, beton divarlar, müşahidə qüllələri və keçid məntəqələrindən ibarət geniş sərhəd xəttinə çevrildi. Aradan illər keçsə də, divarın qalıqları həmin acı tarixin canlı şahidi kimi qalmaqdadır.