Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtın Xan Şuşinski küçəsində mikromobillik zolağı təşkil olunub

14.08.2026 [14:12]

Xəbərin mətni

Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işləri davam etdirir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.