Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bir yay qədər ömrü olan “Duzdağ” – Neftçalada maraqlı təbiət hadisəsi

14.08.2026 [20:18]

Xəbərin mətni

Yay aylarında Neftçalanın Xıllı qəsəbəsinin yaxınlığında maraqlı təbiət mənzərəsi formalaşır, ucsuz-bucaqsız çöllük sanki qar örtüyünə bürünür. Lakin bu, qar deyil, Günəşin istisi nəticəsində yaranan təbii duz təbəqəsidir. Yerli əhali arasında həmin ərazi “Duzdağ” kimi tanınır.