Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır

15.08.2026 [15:32]

Xəbərin mətni

Azərbaycanda arıçılıq sahəsində müasir yanaşmaların tətbiqi, arı sağlamlığının qorunması və biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində “Arı xəstəliklərinin idarə edilməsi: müasir çağırışlar və biotəhlükəsizlik” mövzusunda genişmiqyaslı təlim proqramı keçirilir. Proqramın növbəti sahə sessiyası Zaqatala rayonunun Yuxarı Tala kəndinin dağlıq ərazisində Azərbaycanda ilk dəfə “Boz Qafqaz” dağ arılarının genefondunun öyrənilməsi və damazlığının inkişaf etdirilməsi üçün təşkil edilən təcrid zonada davam etdirilib.