Ukraynada müharibə zamanı seçkilərin keçirilməsi yenidən gündəmə gətirilib
19.08.2026 [16:46]
Ukraynada müharibə zamanı prezident seçkilərinin keçirilməsi məsələsi yenidən gündəmə gətirilib. Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov hərbi vəziyyətdə ölkədə seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. Fyodorov hesab edir ki, Ukrayna müharibə şəraitində seçkilər keçirmək üçün bir mexanizm tapmalıdır. Bütün ukraynalıların səs vermək imkanı olmalıdır. Ukraynalı ekspertlər isə bu bəyanatı birmənalı qarşılamırlar. Ukraynalı ekspert Oleksi Buryaçenko AZƏRTAC-a bildirib ki, Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorov müharibə dövründə ölkədə seçkilərin keçirilməsini təklif edir, hətta buna çağırır. Ekspertin fikrincə, bu məsələni müxtəlif cür qiymətləndirmək olar.