Naxçıvanda 5 məktəbəqədər təhsil müəssisəsinin tikintisi planlaşdırılır
20.08.2026 [13:27]
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bir çox sahələrdə sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verib. Səfər çərçivəsində təqdim olunan layihələrdən də göründüyü kimi, muxtar respublikanın gələcək sosial-iqtisadi inkişafı istiqamətində bir sıra mühüm layihələrin həyata keçirilməsi dövlətin diqqət mərkəzindədir. Səfərin ardından Prezidentin imzaladığı Sərəncam da Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi baxımından mühüm addımlardan biridir. Sərəncamda təhsil sahəsinə də xüsusi yer verilib, bu istiqamətdə mühüm layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin müdiri Elşən Qəbulov deyib.