Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ehtiram Hüseynov: Xan Şuşinskinin davamçıları olaraq bu böyük irsi yaşatmağa çalışırıq

20.08.2026 [16:11]

Xəbərin mətni

Şərqin böyük xanəndəsi, Azərbaycan muğam sənətinin unudulmaz siması Xan Şuşinskinin əziz xatirəsini bu gün ehtiramla yad edirik. Xan əmi elə bir sənətkar olub ki, Azərbaycan musiqisinə silinməz izlər qoyub. Biz xanəndələrin ona Xan əmi deməsi təsadüfi deyil. Xan əmi bizim üçün sadəcə böyük xanəndə deyil, həm də milli musiqimizin canlı məktəbi olub. Onun sənəti yaşayır, ifaları səslənir və yeni nəsil xanəndələr onun irsindən bəhrələnməkdə davam edir. Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Ehtiram Hüseynov deyib.