Abbas Abbasov: Reparasiya yalnız maliyyə kompensasiyası deyil, tarixi ədalətin bərpası vasitəsi olmalıdır
21.08.2026 [11:04]
Xəbərin mətni
Reparasiya yalnız keçmişdə baş vermiş iztirablara görə maliyyə kompensasiyası ilə məhdudlaşmamalı, müstəmləkəçilik siyasətinin uzunmüddətli nəticələrinin aradan qaldırılmasına və tarixi ədalətin bərpasına xidmət etməlidir. Bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.