Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tural Gəncəliyev: Bakıdakı konfrans Afrika nümayəndələrini ədalət tələbi ətrafında birləşdirib

21.08.2026 [11:08]

Xəbərin mətni

Bu gün əsas məsələ müstəmləkəçilik siyasəti nəticəsində yaranmış ədalətsizliyin mövcudluğunu müzakirə etmək deyil. Əsas sual beynəlxalq ictimaiyyətin, müvafiq dövlətlərin və Birləşmiş Millətlər Təşkilatının tarixi həqiqətlərin tanınması, həmçinin konkret reparasiya mexanizmlərinin tətbiqi istiqamətində hansı addımları ata biləcəyidir. Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.