Konqo nümayəndəsi: Belçika müstəmləkəçiliyinin ağır fəsadları bu gün də hiss olunur
21.08.2026 [11:58]
Xəbərin mətni
Belçikanın Konqoda həyata keçirdiyi müstəmləkəçilik siyasəti ölkənin siyasi, iqtisadi və sosial həyatında dərin, uzunmüddətli və ağır fəsadlar buraxıb. Bu siyasətin doğurduğu istismar, sosial ayrı-seçkilik, mədəni irsin mənimsənilməsi və iqtisadi asılılıq kimi problemlərin mənfi təsirləri bu gün də hiss olunmaqdadır. Bu fikirləri Konqo Demokratik Respublikasının UNESCO üzrə Milli Komissiyasında gənclər proqramı üzrə assistent Esther Kile Wa Ngoy avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.