Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paul Nsapu Mukulu: Tarixi həqiqətin bərpası ədalət və barışıq üçün əsas şərtdir

21.08.2026 [13:04]

Xəbərin mətni

Belçikanın Afrikadakı müstəmləkəçilik siyasətinin fəsadlarının araşdırılması, tarixi həqiqətlərin üzə çıxarılması və o dövrdə baş vermiş insan hüquqları pozuntularına görə cavabdehliyin müəyyənləşdirilməsi ədalətin bərpası baxımından böyük əhəmiyyət kəsb edir. Bu fikirləri jurnalistlərə açıqlamasında Konqo Demokratik Respublikasının Milli İnsan Hüquqları Komissiyasının prezidenti, KDR-in ombudsmanı Paul Nsapu Mukulu avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans çərçivəsində bildirib.