Şəxsiyyəti müəyyənləşdirilən şəhid Cümşüd Məmmədovun nəşinin qalıqları Laçında dəfn olunub
21.08.2026 [15:38]
Xəbərin mətni
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və ekspertiza işləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən şəhid Məmmədov Cümşüd Həsənxan oğlunun nəşinin qalıqları doğma torpağına gətirilərək Laçın şəhər Şəhidlər xiyabanında dəfn olunub.