Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdış: Xankəndidə, Xocalıda və Ağdərədə daha 87 ailəyə mənzillərin açarları verilib

21.08.2026 [15:55]

Xəbərin mətni

Avqustun 21-də Xankəndi, Xocalı və Ağdərəyə növbəti qayıdış gerçəkləşib. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə - 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə - 13 nəfər, Xanyurdu kəndinə 4 ailə - 10 nəfər, Xanabad kəndinə 8 ailə - 31 nəfər, Ballıca kəndinə 3 ailə - 8 nəfər, Təzəbinə kəndinə 14 ailə - 71 nəfər, Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə - 36 nəfər, Həsənriz kəndinə 6 ailə - 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə - 49 nəfər, Çapar kəndinə 15 ailə - 51 nəfər köçürülüb. Beləliklə, bu gün ümumilikdə 335 nəfərdən ibarət 87 ailənin doğma yurda qayıdışı təmin olunub.