Gürcü politoloq: Azərbaycanla Ermənistan arasında münasibətlərin inkişafı regiona müsbət təsir göstərəcək
02.09.2026 [17:36]
Azərbaycan bizim üçün sadəcə qonşu və dost ölkə deyil, ən etibarlı strateji tərəfdaşdır. Əgər Azərbaycanla birlikdə regional və beynəlxalq layihələri həyata keçirsək, əlbəttə, bu, ölkəmiz üçün faydalı olacaq. Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, dünya arenasında mühüm rol oynayan dövlətdir. Bu baxımdan, Azərbaycan Prezidentinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirakını yüksək qiymətləndiririk. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı, keçirdiyi görüşlər və qaldırdığı məsələlər təkcə Azərbaycan və ya Cənubi Qafqaz üçün deyil, bütövlükdə qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir. Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü analitik, professor, “Vahid Neytral Gürcüstan” partiyasının regional katibi Levan Nikoleişvili söyləyib.