Azərbaycan Dövlət İnformasiya Agentliyi

UN-Habitat-ın regional direktoru: Humanitar minatəmizləmə həm də bərpanın başlanğıcıdır

03.09.2026 [14:02]

Xəbərin mətni

Bir ailənin evinə qayıtmasından, bir məktəbin yenidən fəaliyyətə başlamasından və ya bir yolun icmanı yenidən birləşdirməsindən əvvəl torpaq təhlükəsiz olmalıdır. Məhz buna görə humanitar minatəmizləmə yalnız yenidənqurmanın ilkin şərti deyil, həm də bərpanın başlanğıcıdır. Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.