Azərbaycan Dövlət İnformasiya Agentliyi

Liviyalı nümayəndə: Azərbaycanın təcrübəsini öyrənmək üçün gəlmişik

03.09.2026 [16:46]

Xəbərin mətni

Tikinti işlərinin aparılması üçün ərazilərin əvvəlcədən minalardan və digər partlayıcı qurğulardan təmizlənməsi vacibdir. Minalardan təmizləmə yalnız tikinti layihələrinin həyata keçirilməsi üçün deyil, insanların təhlükəsiz şəkildə yaşayış yerlərinə qayıtması, biznes fəaliyyətinin bərpası və normal sosial-iqtisadi həyatın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Bunu jurnalistlərə açıqlamasında Liviyanın mənzil və tikinti nazirinin müşaviri Fathi Benfares deyib.