Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığı yeni geoiqtisadi imkanlar yaradır
03.09.2026 [17:22]
Xəbərin mətni
Azərbaycan son illərdə Mərkəzi Asiya ilə münasibətlərini yeni mərhələyə yüksəldərək regionun Cənubi Qafqaz, Türkiyə və Avropa ilə əlaqələndirilməsində əsas ölkələrdən birinə çevrilib. Bu proses həm siyasi münasibətlərin inkişafında, həm nəqliyyat və enerji layihələrində, həm də investisiya və rəqəmsal bağlantıların genişlənməsində özünü göstərir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə artan əməkdaşlığı Xəzərin iki sahilində daha sıx geoiqtisadi məkanın formalaşmasına imkan yaradır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramova deyib.