Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzi ərzaq bazarlarında nöqsanlar aşkarlanıb

03.09.2026 [19:32]

Xəbərin mətni

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşlarının apardıqları nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyənləşdirilib.