Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sizin sayənizdə” – 46 illik həkim ömrünün ən böyük mükafatı

03.09.2026 [21:16]

Xəbərin mətni

Övladı narahatlıq keçirən valideyn üçün həmin an dünyada ən vacib məsələ yalnız onun sağalmasıdır. Belə məqamlarda valideynin ümidlə üz tutduğu ünvan uşaq həkimidir. Bu sahə yalnız tibbi bilik deyil, həm də böyük səbir, məsuliyyət və balaca xəstənin ağrısını özününkü kimi hiss etməyi tələb edir. Gəncə səhiyyəsində artıq 46 ildir uşaqların sağlamlığının keşiyində dayanan Rizvan Əsgərov da ömrünün böyük hissəsini məhz bu məsuliyyətli sənətə həsr edib. AZƏRTAC-ın bölgə müxbiri təcrübəli həkimlə onun yarıməsrlik əmək yolu, ötən illərlə modern tibb arasındakı fərqlər barədə söhbət edib, eləcə də fəaliyyəti dövründə qarşılaşdığı yaddaqalan məqamlara nəzər salıb.