Konqres Kitabxanasında Azərbaycan izləri: üç qadının əməyi
04.09.2026 [17:34]
Xəbərin mətni
Dünyanın ən böyük kitabxanalarından biri olan ABŞ Konqres Kitabxanasında Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatı ilə bağlı zəngin mənbələr qorunur. Axtarış sistemi oxucunun istədiyi məlumatı saniyələr ərzində qarşısına çıxarır. Amma bu rahatlığın arxasında böyük zəhmət dayanır. Bu gün tanış olacağımız üç mütəxəssis Azərbaycanla bağlı nəşrlərin toplanması, işlənməsi və oxucular üçün əlçatan olması istiqamətində çalışır.