Azərbaycan Dövlət İnformasiya Agentliyi

Baş katib: Limanlar sadəcə keçid qapısı deyil, strateji düyünlərdir

09.09.2026 [13:04]

Xəbərin mətni

Qlobal iqtisadi və texnoloji inkişafda Asiyanın çəkisi artır. Asiyanın gücü onun müxtəlifliyində, bazarlarında və əlaqə qurmaq imkanlarındadır. Limanlarımız arasında əməkdaşlığı möhkəmləndirməklə biz regional əlaqələri hər kəs üçün daha təhlükəsiz, səmərəli, davamlı və faydalı edə bilərik. Bu barədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.