Azərbaycan Dövlət İnformasiya Agentliyi

“ADY Express”: Orta Dəhlizlə konteyner daşımaları 11 faiz artıb

09.09.2026 [14:09]

Xəbərin mətni

Cari ilin 8 ayında Orta Dəhliz vasitəsilə təxminən 54 min TEU konteyner daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 faizlik artım deməkdir. Düşünürəm ki, ümumilikdə bu, sevindirici haldır, çünki 11 faizlik artım dəhlizdə müsbət dinamikanın getdiyini göstərən yaxşı bir işarədir. Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) törəmə şirkəti "ADY Express" MMC-nin baş əməliyyat inzibatçısı Rəşad Məcidov "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə” (AQEM – CICA) çərçivəsində “Limanların regional bağlantı və strateji əməkdaşlıqdakı rolu” mövzusunda beynəlxalq konfransda deyib.