Hikmət Hacıyev: Mədəni irsin bərpası və qorunması üçün əlavə səylər göstərməyə davam edilir
11.09.2026 [15:06]
Xəbərin mətni
Qarabağ Azərbaycanın və xalqımızın mədəniyyət mərkəzi olub, olmaqda davam edir və olacaq. Əfsuslar olsun ki, işğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb. Lakin biz Azərbaycan xalqının mədəni irsini və Qarabağda, eləcə də ölkənin digər hissələrində mövcud olan bütün mədəni irsi bərpa edirik. Bu, Azərbaycanın mədəni irsidir, dövlət Qanunları və beynəlxalq hüquqla da qorunur. Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzindəki çıxışı zamanı deyib.