Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tələbə adını qazanmağa gedən yoldan təqaüd dəstəyinədək – “OBA” təhsil yolunda əməkdaş övladlarının yanında

15.09.2026 [20:32]

Xəbərin mətni

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi sosial məsuliyyət yanaşmasının mühüm istiqamətlərindən biri kimi təhsilə, gənclərin inkişafına və onların gələcək imkanlarının genişləndirilməsinə dəstəyini davam etdirir. Şirkətin bu istiqamətdə fəaliyyətlərindən biri “Gələcəyini Qur!” təşkilatı ilə əməkdaşlıq çərçivəsində gənclərin ali təhsilə hazırlığına göstərilən dəstəkdir.