Kürşad Zorlu: Türk dövlətləri arasında iqtisadi inteqrasiya qlobal ticarət baxımından böyük əhəmiyyət daşıyır
16.09.2026 [12:48]
Xəbərin mətni
Hazırda dünyada mühüm proseslər baş verir, qlobal risklər artır. Biz bir sıra geosiyasi risklərlə qarşı-qarşı olduğumuz və regional inteqrasiya layihələrinin xüsusi əhəmiyyət qazandığı bir dövrdən keçirik. Bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu deyib.