Daşkənddə Üzeyir Hacıbəylinin musiqi və teatr sənətinin inkişafındakı xidmətlərindən danışılıb
17.09.2026 [12:18]
Xəbərin mətni
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində dahi Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.