Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mustafa Aşurov: Üzeyir Hacıbəylinin yaratdığı ənənələrə sadiq qalırıq

18.09.2026 [16:09]

Xəbərin mətni

Bildiyimiz kimi, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur. Ölkəmizdə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı və digər tədbirlər çərçivəsində onun yaradıcılığı, musiqi irsi və milli musiqimizə verdiyi misilsiz töhfələr daim təbliğ edilir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov deyib.