Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sumqayıt Musiqi Kollecində Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri yeni tərkibdə təqdim olunub

18.09.2026 [18:02]

Xəbərin mətni

Sumqayıt Musiqi Kolleci Üzeyir Hacıbəyli ənənələrini bu gün də yaşadan təhsil ocaqlarından biri kimi festival çərçivəsində keçirilən tədbirlərə qoşulub. Milli Musiqi Günü münasibətilə dahi bəstəkarın yaradıcılığından bir neçə əsərə müraciət etmişik. İlk dəfə olaraq Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ansambl üçün yeni tərkibdə işləyərək təqdim etdik. Bu ifada ansamblın tərkibinə fleyta, klarnet, kontrabas və qanun alətləri də daxil edilib. Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini Zülfiyyə Hüseynova deyib.