Xalq artisti: Üzeyir Hacıbəyli gənc istedadlara yol göstərən böyük müəllim olub
18.09.2026 [18:29]
Xəbərin mətni
Milli Musiqi Günü hər birimiz üçün əlamətdar gündür. Bu gün dahi Üzeyir Hacıbəylinin adı və onun yaratdığı böyük musiqi məktəbi ilə bağlıdır. Biz fəxr edirik ki, Azərbaycanın Üzeyir Hacıbəyli kimi dühası var. Biz onu müəllimlərimizin xatirələri vasitəsilə tanımış, sevmişik. İndi isə əsas vəzifəmiz onun zəngin irsini, yaratdığı ənənələri gələcək nəsillərə çatdırmaqdır. Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, professor Ağaverdi Paşayev deyib.