Sumqayıt Musiqi Kollecinin direktoru: Üzeyir Hacıbəylinin irsi milli musiqimizin təməlidir
18.09.2026 [18:40]
Xəbərin mətni
Bu gün Azərbaycan xalqı üçün çox əlamətdar bir gündür. Təsadüfi deyil ki, Milli Musiqi Günü Azərbaycan professional musiqisinin banisi, milli musiqimizin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkar və böyük maarifçi Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Bunu AZƏRTAC-a açıqlamasında Sumqayıt Musiqi Kollecinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Həsənova deyib.