Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Fəaliyyətinin 10 illiyində "OBA"dan təbiətə toxunuş

21.09.2026 [14:36]

Xəbərin mətni

Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində növbəti təşəbbüsünü 20 sentyabr – Dünya Təmizlik Gününə həsr edib. “OBA”nın region üzrə satış əməkdaşları bu dəfə Nabran ərazisində bir araya gələrək meşəlik və dənizkənarı sahələrin təmizlənməsinə töhfə veriblər.