Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək

24.09.2026 [16:11]

Xəbərin mətni

Qazaxıstanda bütün səviyyələrdə şuraların (məsləhətlər- regional və yerli təmsilçilik orqanları) səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması və yeni seçkilərin keçirilməsi planlaşdırılır. AZƏRTAC Qazaxıstan Prezidenti aparatına istinadla xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev Xalq Şurasının (Қазақстан Халық Кеңесі) birinci sessiyasında çıxış edərkən bildirib.