Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir

27.09.2026 [14:18]

Xəbərin mətni

Bu günə çatmağımızda rolu olmuş bütün şəxsiyyətləri, ilk növbədə, Ümummilli Lider Heydər Əliyevi də dərin ehtiramla yad edirik. Məhz onun həyata keçirdiyi dövlətçilik quruculuğu, güclü ordunun yaradılması və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi Zəfər yolunun başlanğıcını qoydu. Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyev tərəfindən görülən məqsədyönlü ardıcıl işlərin davam etdirilməsi tarixi Qələbə ilə nəticələndi. AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.