Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir

30.09.2026 [18:02]

Xəbərin mətni

Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkənin investisiya imkanlarının beynəlxalq investorların diqqətinə çatdırılması və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi yadda qalıb. Forum çərçivəsində beynəlxalq investorlar və tərəfdaş şirkətlərlə ümumi dəyəri 10,8 milyard dollar olan investisiya layihələrini əhatə edən 23 sənədin imzalanması Azərbaycana investisiya marağının artdığını göstərir. Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiyaların artırılması, Orta Dəhlizin yaratdığı imkanlar və investisiya təşəbbüslərinin real layihələrə çevrilməsi kimi məsələlər diqqət mərkəzində olub. Mövzu ilə bağlı iqtisadçı-ekspert, Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov AZƏRTAC-ın suallarını cavablandırıb.