Azərbaycan Dövlət İnformasiya Agentliyi

Emi Karlon: Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu

01.10.2026 [10:57]

Xəbərin mətni

Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu. Ötən ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Ağ Evdə görüşərək, onilliklər ərzində davam edən münaqişənin həlli və davamlı sülhün təmin olunması üçün ən yaxşı imkanlardan birini yaradan razılaşmanın ilkin mətnini imzaladılar. AZƏRTAC xəbər verir ki, bu sözləri CAMCA Regional Forumunun açılış mərasimində ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Emi Karlon deyib.