Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti

06.10.2026 [15:07]

Xəbərin mətni

Qarabağın sirli təbiətində özünəməxsusluğu ilə seçilən çoxlu məkanlar var. Xocalı rayonunun Malıbəyli kəndi də belə yerlərdən biridir. Burada, sıx meşələrin qoynunda yerləşən Malıbəyli gölü sakitliyi və bənzərsiz mənzərəsi ilə diqqət çəkir. Gölün yaxınlığında yerləşən şəlalə isə bu mənzərəyə başqa bir gözəllik qatır.