Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür
06.10.2026 [16:14]
Xəbərin mətni
Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi bu ilin ilk yarısında təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. Bu sözləri energetika naziri Pərviz Şahbazov Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında keçirilən Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.